Haqqımızda
Robotex İnternational dünyada robot texnologiyalarının inkişafına təşviq edən, robot sahəsində qabaqcıl layihələri mərkəzləşmiş şəkildə dəstəkləyən, bu sahədə universitetlər, elmi mərkəzlərin fəaliyyətini nümayiş etdirən güclü platformadır. Robotex Türkiyənin təşkilatçılığı ilə Robotex Azərbaycan təşkil olunması razılaşdırılmışdır. Naxçıvan Dövlət Universiteti olaraq Robotex Azərbaycan festivalının təşkilində əsas tərəfdaş kimi çıxış edirik. Robotex Azərbaycan layihələrinin təşkili üçün memarandum imzalanmışdır. Robotex Azərbaycan şagirdlərdən mütəxəssislərə qədər geniş iştirakçı auditoriyasına xitab edərək problem həll etmə bacarıqlarını inkişaf etdirməyi və innovativ bacarıqların ortaya çıxarılmasını hədəfləyir. Beləliklə də, robotik kodlaşdırma sahəsində gələcəyin liderlərini yetişdirmək nəzərdə tutulmuşdur. Robotex Azərbaycan öz fəaliyyət sahələrində robotik kodlaşdırma istiqamətində mütəxəssislərin təqdimatlar və seminarlarını təşkil edir, yeni texnologiyalar və innovativ fikirlərin təbliği işini həyata keçirməyi nəzərdə tutur. “Robotex Türkiyə” Türkiyədə ilk dəfə 2019-cu ildə Antalyada təşkil edilmişdir. Və dünyanın ən böyük robot festivallarından biri olan, mərkəzi Estoniyada yerləşən Robotex İnternational-ın Türkiyədən olan tərəfdaşıdır.
1. Robotex İnternational qlobal robotika təhsil şəbəkəsinin ev sahibliyindəki müxtəlif fəaliyyətlərin təşkil edildiyi ən böyük robotika festivalıdır.
2. Bu festivalda minlərlə mühəndislər, idarəçilər, şagird və tələbələr, eləcə də onların ailələri sənaye liderləri ilə eyni mühitdə yeni təşəbbüsləri gözdən keçirmək, müxtəlif yarışmalar üçün robotlar hazırlamaq və ən son texnologiyalar haqqında innovativ biliklərə yiyələnmək üçün biraraya gəlirlər.
3. Robotex İnternational hər il Estoniyanın paytaxtı Tallin şəhərində bütün qitələrdən olan minlərlə iştirakçını birləşdirir.
Müsabiqələrdə bütün kateqoriyalar üzrə çətinlik, texniki səviyyə və yaş limiti olmadan hər kəs iştirak edə bilər.
Yarışlar bütün yaş qruplarına uyğundur. Lazım olduğu təqdirdə müsabiqə komitəsi və hakim heyəti iştirakçıları kateqoriyalar üzrə yaş qruplarına ayıraraq qiymətləndirməni apara bilər. Bütün bölgələr istədikləri bölgə müsabiqəsinə qatıla bilər Bir təhsil qrumu bir neçə bölgə müsabiqəsinə qatıla bilər. Bir təhsil müəssisəsi birdən artıq komanda ilə fərqli kateqoriyalar üzrə qeydiyyatdan keçə bilər. Bir məsləhətçi birdən artıq komandaya məsləhətçilik edə bilər. Bir komanda üzvü birdən artıq komandada təmsil edilə bilər. Müsabiqələrdə Birinci, İkinci, Üçüncü, Münsif özəl və Milli müsabiqə dəvət mükafatları mövcutdur.
Hər kateqoriyanın ayrı dərəcə və özəl mükafatları vardır. Bəzi kateqoriyalarda qaydalar kitabcığında göstərildiyi kimi yaş qruplarına görə dərəcə mükafatları verilə bilə.
Müsabiqədə 1-inci, 2-inci, 3-üncü yerlərə laiq görülən komandalara kupa və müvəffəqiyyət sertifikatları verilir. İştirak edən bütün komandalara isə iştirakçı sertifikatı verilir.
Mühəndislər, şagird və tələbələr, sahibkarlar,təhsil qrumları və texnologiya firmalarının qurduğu komandalar iştirakçı kimi qeydiyyatdan keçə bilər. Robotex –in tərkibində iyirmidən artıq yarışma kateqoriyası vardır. Hər il Robotex İnternational – ın açacağı yarışma kateqoriyalarına görə Robotex Türkiyə yarışma kateqoriyalarının sayı dəyişə bilər. Yarışma kateqoriyalarının bölgə və milli müsabiqələrə görə paylaşımı Robotex Türkiyə tərəfindən müəyyən edilir.
Bölgə müsabiqələrində dərəcəyə girən və münsiflər tərəfindən dəvət alan komandalar Antalyada həyata keçiriləcək çempionatlığa qatıla biləcəklər. Milli çempionatlıqda dərəcəyə girən və münsiflər tərəfindən dəvət alan komandalar Robotex İnternational Estoniya Beynəlxalq çempionatlığına qatıla biləcəklər. Robotex Azərbaycan robotexnika festivalı 05-06 aprel 2025-ci il tarixində Bakı şəhərində Əl oyunları sarayında təşkil ediləcəkdir. Qeyd edək ki, ötən il Robotex Azərbaycan festivalında 6 universitet, 41 məktəb, 10 özəl müəssissədən 250 -dən artıq komanda qeydiyyatdan keçmişdir. 90 komanda müxtəlif adda start-up layihələri ilə yarışmaya qatılmışdır. Ümumilikdə 1500 iştirakçı yarışmışdır.